Zeynəddin Hacıyev 1941-ci ildə Balakən rayonunun Tülü kəndində həyata göz açıb.  Orta məktəbi bitirdikdən sonra, 1958-1960-cı illərdə kolxozda sıravi kolxozçu olaraq çalışıb. 1960-cı ildə ADU-nun tarix fakültəsinə qəbul olub, 1965-ci ildə oranı fərqlənmə diplomuyla bitirib. 1965-1969-cu illərdə ADU-nun Fəlsəfə kafedrasında əyani aspirant olub. 1966-cı ildə ordu sıralarında qulluq edib. 1969-cu ildə “Siyasət ilə əxlaqın qarşılıqlı münasibətləri” mövzusunda namizədlik, 1993-cü ildə “Elmitexniki tərəqqi ilə sosial dəyişikliklərin dialektikası” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1969-1981-ci illərdə ADU-da müəllim, baş müəllim və dosent vəzifələrində işləyib. 1982-1987-ci illərdə Kirovabadda (indiki Gəncə) Azərbaycan Texnologiya İnstitutunda Fəlsəfə kafedrasının müdiri olub. 1988-ci ildən hal-hazıra qədər BDU-da fəlsəfə kafedrasında işləyir. Fəlsəfə elmləri üzrə 7 namizədlik dissertasiyasına elmi rəhbər olub. 4 dərsliyin, 4 monoqrafiyanın, 60-a qədər məqalənin və tezisin müəllifidir.

Zeynəddin Hacıyevin “Fəlsəfə” kitabını aşağıdakı 2 linkdən yükləyə bilərsiz

pdf Yüklə docx Yüklə