VPN nədir? VPN necə işləyir? – sualını internetdə axtaranda çoxlu məlumat çıxır, texnoloji biliyi olmayan adam üçün orda hansı protokollardan istifadə edildiyi kimi lazımsız məlumatla adətən cümlə israfı olunur. Normalda ciddi mövzu kimi yanaşanda doğrudu, amma boş verin. VPN – lə oturduğumuz Azərbaycandan internetə girərək proqramları, saytları aldadırıq ki, biz ayrı ölkədən daxil olmuşuq. Belə olan halda ölkədə qadağan olunan meydan.tv saytına daxil olmaq mümkündür. Aşağıda qeyd etdiyim 5 Android proqramı vasitəsilə də test edə bilərsiz.

VPN proqramları bir çox hallarda pullu olur. Bəziləri isə FREE təqdim olunan proqramları istifadə etməkdən qorxur, çünki məlumatları əldə edə bilər. Bu yazını oxuyan şəxslərə aşağıda MOD-lu, PREMİUM versiyaları proqramları təqdim edirəm ki, kef edəsiz

1. VPN Seed4.Me – özümün istifadə etdiyi proqramdı. Google Play-dən yükləyə bilərsiz və yaxud saytdan olan linkdən də. Play-dən yükləyəndə 7 günlük istifadə müddəti verir, lakin siz elə etmirsiz. Daxil olursuz, bu linkə. Qeydiyyat keçəndə sağ tərəfdə Promo code yerinə “mydealz” kodunu yazırsız və 1 illik istifadə müddəti əldə edirsiz. ABŞ, Hollandiya, Hong-Kong, Böyük Britaniya, Rusiya, Sinqapur, Fransa, İspaniya, İtaliya və s. ölkələrə qoşula və sürətinizə heç bir təsiri olmadan istifadə edirsiz. Proqramı yükləmək üçün daxil ol (həcmi: 11.6MB)

2. Hi VPN Pro – ən böyük təhlükəsizlik, gizlilik və giriş provayderi AnchorFree tərəfindən hazırlanıb. ABŞ, Fransa, Almaniya, Hollandiya, Böyük Britaniya, Kanada, Sinqapur, Yaponiya, Ukrayna, Fransa, Avstraliya, İspaniya, Danimarka, Hong Kong, Rusiya, Norveç, Hindistan kimi ölkələrə qoşulmaq imkanı yaradır. Google Play-də axtarıb yükləyə, həmçini bu linkdən endirə bilərsiz. Proqram Premium versiyadadır. (həcmi 8.89MB)

3. OLO VPN – təzə çıxan  və istifadə rahatlığına görə seçilən proqramlardan biridir. Proqram 24/7 olaraq serverlərinin işlənmə zəmanətini verir. İnternet sürətinə maneçilik etmir və qeydiyyat tələb etmir. Proqramı VIP versiyasını bu linkdən yükləyə bilərsiz. (həcmi 8.14MB)

4. Betternet VPN– proqramını sırf istifadə rahatlığına görə bu siyahıya saldım. Normalda internet sürətini azmaz da olsa zəiflədir, bununla belə interfeysi daha yaxşıdı. Proqram Premium versiyadadı və təbii ki, bu linkdən yükləmək mümkündür. (həcmi 9.12MB)

5. FishVPN – də bir çox ölkələrə giriş etmək funksiyası və ölkə seçiminə imkan verir. Bu siyahıda olmasının səbəbi proqramın telefonun hansı proqramında VPN-in işləyib işləməməsini seçmə funksiyasını verməsidi. Proqramın reklamsız funksiyasını dəyərli linkdən yükləyə bilərsiz. (həcmi 9.5MB)

Siyahını uzatmaq kimi fikirlər o zaman yarana bilər ki, yuxarıdakı proqramlardan daha yaxşıları bazara çıxsın