Tubi TV – pulsuz olaraq filmləri, tv şoularını, animasiyaları bizə izləmək imkanı verir. Proqramda olan hər bir video faylını ingiliscə altyazı izləmək olur. Qeyd olmaq funksiyası var, təbii ki bu da pulsuzdur, hər hansı kredit kartını daxil etmək lazım deyil.

Filmi yarımçıq qoyub getdin? Problem deyil, harda qalmısansa “Continue Watching” bölməsindən davam edə bilərsən. Qorxu, Komediya, Ailə filmləri, Triller, Romantik, Cinayət, Dram janrlarında, həmçinin uşaqlar üçün animasiya, cizgi filmləri var və film siyahısı hər həftə yenilənir. Proqram ingiliscədi və filmlərin altyazı olması ilə bərabər dublajı da ingiliscədi.

Həcmi 15.8MB-dı.  Yeni versiyası çıxsa linki yeniləyib aşağıda qeyd edəcəm

Yenilənmə tarixi: 
— 02.12.2019 v.2.17 (11.6 MB)